Dostunu bıçaqlayan Avropa çempionuna hökm oxunub

dostunu-bicaqlayan-avropa-cempionuna-hokm-oxunub
Oxunma sayı: 1350

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Avropa çempionu Xətai Məmmədova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə X.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü X.Məmmədov həyətdə maşın “parkovka” etməyə görə mübahisə etdiyi qonşusu və dostu Niyaməddin Rüstəmovu bıçaqlayıb. 

Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.

Murad Əhməd