Dostunu bıçaqlayana şərti cəza verildi

dostunu-bicaqlayana-serti-ceza-verildi
Oxunma sayı: 761

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Cabir İbrahimova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə C.İbrahimova şərti cəza verilib.

Qeyd edək ki, 2015-ci ilin fevralın 14-də Lökbatan qəsəbəsində kafedə yeyib-içən dostlardan biri,  Fariz Abbaszadə tanışı C.İbrahimovla şit zarafat edib. Daha sonra "Rus qəbristanlığı" deyilən ərazidə  C.İbrahimov tanışını ov bıçağı ilə vurub. İstintaq dövründə C. İbrahimov həbs edilməyib. 

Murad Əhməd