Dostunun “Audi”sini qaçırdı, Yasamala gətirildi

dostunun-audisini-qacirdi-yasamala-getirildi
Oxunma sayı: 663

Bakıda avtomobil qaçırmış şəxs tutulub. 

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 22-də Bakı şəhər sakini Natiq Rüstəmov Yasamal RPİ 27-ci Polis Bölməsinə müraciət edərək aprelin 17-də "Audi" markalı avtomobilinin dostu Elşən Əhmədov tərəfindən qaçırılmasını bildirib.
 
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov İmişli şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib.
 
Araşdırma aparılır.