Dostunun etdiyi zarafata güldü, 6 ay evdən çıxa bilmədi

dostunun-etdiyi-zarafata-guldu-6-ay-evden-cixa-bilmedi
Oxunma sayı: 2626

İngiltərənin otüstü xokkey millisinin üzvü Aleks Danson 6 ay evdən çıxa bilməyib.

"Qafqazinfo" xəbər verir ki, buna 34 yaşlı idmançının dostunun zarafatına gülməsi səbəb olub.

Belə ki, 10 ay öncə dostunun etdiyi zarafata gülən zaman idmançının başı divara dəyib.

Nəticədə beyin sarsıntısı keçirən Danson nitq qabiliyyətini itirib. Şiddətli baş ağrıları hiss edən idmançının vəziyyəti daha da pisləşib. O, hətta evdə gün eynəyindən istifadə edib, başqasının köməyi olmadan hərəkət edə bilməyib.

Son iki həftədə özünə gələn idmançı artıq Tokioda keçiriləcək Olimpiadaya hazırlaşır.