Dövlət Agentliyinin adından dələduzluq edən qadın axtarışa verilib

dovlet-agentliyinin-adindan-deleduzluq-eden-qadin-axtarisa-verilib
Oxunma sayı: 4911

Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov, Ülviyyə Abdalova və Leyla İsmayılovanın məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə təqsirləndirilən Ü.Abdalovanın məhkəməyə gəlmədiyi bəlli olub.

Hakim onun barəsində həbsli axtarış qərarı çıxarıb. Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib.

Murad Əhməd