Dövlət başçısı “Chevron”un vitse-prezidenti ilə görüşüb - Fotolar

Dövlət başçısı “Chevron”un vitse-prezidenti ilə görüşüb
Oxunma sayı: 436

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, Cey Prayer “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə prezident İlham Əliyevi təbrik edib. “Chevron” şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğulayıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi