Dövlət Bayrağı Meydanında rus gəmilərinə baxış oldu- - Fotolar

dovlet-bayragi-meydaninda-rus-gemilerine-baxis-oldu-
Oxunma sayı: 1437


"Qafqazinfo"ya İcra Hakimiyyətindən daxil olan məlumata görə, proqrama uyğun olaraq Səbail rayon rəhbərliyi və rayon ictimaiyyətinin bir qrupu Bakı buxtasında reyddə duran gəmilərlə tanışlıq üçün Dövlət Bayrağı Meydanına gəliblər.

Nümayəndə heyətini qarşılayan Bakıya səfərə gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov səbailliləri salamlamış, hərbi gəmilərin Bakıdaya gəlişinin məqsədi və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışmış və RİH-də təşkil olunan görüşə görə öz minnətdarlığını bildirib.

Səbailli qonaqlar ilk növbədə «Dağıstan» böyük raket gözətçisi gəmisinə gəliblər. Burada gəminin kapitanı, II dərəcəli kapitan Vüsal Miriyev qonaqları gəmi ilə tanış edərək onun döyüş qabiliyyəti, silahları, şəxsi heyətin məişəti barədə danışıb. Vüsal Miriyev «Dağıstan» gəmisinin Bakıya keçən gəlişi zamanı Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin gəmi ilə birgə tanışlığı barədə məlumat verib.

Daha sonra qonaqlar «Qrad Sviyajsk» kiçik raket gözətçi gəmisində olmuş, gəminin kapitanı III dərəcəli kapitan Aleksey Qordeyev gəmi barədə ətraflı məlumat verib. Rusiyalı hərbiçilər qonaqların, xüsusilə də nümayəndə heyətinin tərkibində gəmiyə gəlmiş Azərbaycan Dövlət Dəniz Akademiyasının kursantlarının çoxsaylı suallarını cavablandırıblar.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev hərbi dənizçiləri RİH adından salamlamış, Bakının mərkəzi rayonu olan Səbail rayonun stateji əhəmiyyət kəsb etdiyini bildirmiş və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri, həmçinin rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumat vermişdir. Eldar Ağayev səmimi görüşə və gəmilərlə tanışlığa görə hərbiçilərə öz minnətdarlığını bildirib.

Görüşdər sonra hərbi dənizçilər İçəri şəhərə gəlmiş, Qız qalası, Şirvanşahlar Saray Kompleksi və digər tarixi abidələrlə tanış olublar.