Dövlət borcu və məmurların əməkhaqlarına görə lider ölkə

dovlet-borcu-ve-memurlarin-emekhaqlarina-gore-lider-olke
Oxunma sayı: 640

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, İtaliyanın baş naziri Mario Monti bu yaxınlarda məvacibindən imtina etdiyini açıqlasa da ölkə parlamentariləri maaşlarından imtina etmək niyyətində deyillər. İtaliya parlamentinin üzvlərinin orta aylıq maaşları vergi xərcləri də daxil olmaqla ümumilikdə 11.283 avro təşkil edir. Bura nəqliyyat və digər xərclər üçün kompensasiya kimi verilən 3503 avro, eləcə də pulsuz yerüstü, dəniz və hava nəqliyyatı, həmçinin pullu yollar üçün ödəniş etməmək hüququna sahibdirlər. Bütün bunları nəzərə alsaq ümumi gəlir 16 min avro kimi də dəyərləndirilə bilər.
Qeyd edək ki, İtaliya parlamentinin aşağı palatasının 630 üzvünün maaşı Mərkəzi Avropadakı həmkarlarının məvaciblərini 60% ötür.

Səidə