Dövlət borcunun yuxarı həddi açıqlandı

dovlet-borcunun-yuxari-heddi-aciqlandi
Oxunma sayı: 2283

Azərbaycanın 2019-cu il üzrə daxili  dövlət borclanmasının yuxarı həddi 500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 1 00 000,0 min manat məbləğində təsdiq edilib. 

“Qafqazinfo” xəbr verir ki, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub. Layihədə bildirilir ki, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4 000 000,0 min manat məbləğində təsdiq edilsin. 

Bundan əlavə, dövlət büdcəsinin kəsirinin yuxarı həddi  1 862 600,0 min manat məbləğində təsdiq edilib. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar ( daxili və xarici borclanma, 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı)  hesabına həyata keçiriləcək.

 Günel Türksoy