“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişiklik edildi

“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişiklik edildi
Oxunma sayı: 438

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu Qayda Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi və icrasının təşkilati, hüquqi və iqtisadi əsaslarının prinsiplərini müəyyən edir.

Dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunla əlaqədardır. Başqa sözlə, Qaydaya əsasən dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq növbəti ilin aprel ayının 25-nə kimi Nazirlər Kabinetinə təqdim edilib. “Büdcə sistemi haqqında” qanuna dəyişikliklə əlaqədar artıq Maliyyə Nazirliyi dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsini növbəti ilin aprel ayının 25-nə kimi Hesablama Palatasına da təqdim etməlidir.

Qaydaya edilən digər dəyişikliyə əsasən, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi kağızla bərabər artıq həm də elektron daşıyıcı formasında Nazirlər Kabineti və Hesablama Palatasına təqdim edilməlidir. Növbəti dəyişiklik hesabatın əhatə etdiyi məlumatlarla əlaqədardır. İndiyə qədər hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları və verilən dövlət zəmanətləri, buraxılmış dövlət qiymətli kağızları və ehtiyat fondlarından il ərzində istifadə haqqında məlumatları əks etdirib. Bundan sonra isə hesabat həm də məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatları da əks etdirəcək.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi