Dövlət Departamenti və Ağ Ev arasında “açıq müharibə” - KİV

dovlet-departamenti-ve-ag-ev-arasinda-aciq-muharibe
Oxunma sayı: 646

Reks Tillersonun rəhbərlik etdiyi ABŞ dövlət departamenti ilə Ağ Ev administrasiyası arasında bir sıra məsələlər üzrə, o cümlədən, Fələstin-İsrail münaqişəsinin həlli, Qətər böhranı və İranla bağlı vəziyyətlə əlaqədar “açıq müharibə” gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Free Beacon” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazır.

“Sirr deyil ki, Dövlət Departamenti açıq siyasi müharibə, itaətsilzlik  və KİV-də Tramp administarsiyasının rəhbərlik etdiyi Ağ Evə qarşı kampaniya aparır”,-deyə bildirilib.

“Dövlət Departamenti Obamanın vaxtında təyin edilən şəxslər idarə edir və onun Yaxın Şərq üzrə siyasətini həyata keçirir. Tillerson onları (nazirlik - red) təmizləməli idi. Lakin o, həmin insanların yarısını yerində saxlayıb, digər yarısını isə nüfuzlu mövqelərdə gizlədib”,- deyə sözügedən mən qeyd edib.