Dövlət dini məktəblər açmayacaq

dovlet-dini-mektebler-acmayacaq
Oxunma sayı: 635

Bunu SalamNews-a Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov Azərbaycanda dini məktəblərin açılmasının vacibliyi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən söyləyb.

O deyib: "Dini təhsil yalnız həqiqi orta məktəbdə oxumağa mane olmamaq şərtilə kurslar şəklində ola bilər, kimin həvəsi olsa, gedib orada dini təhsil ala bilər. Amma bunun dövlət məktəbi şəklində olması mümkün deyil. Dini məktəblər yaranacaqsa, o, mütləq siyasi-ideoloji məzmun daşıyacaq. Lakin gələcəkdə özəl orta məktəblər yaradılarsa, onlarda bu cür müəyyən istiqamətlərin ola biləcəyi istisna edilmir".

Komitə sədrinin sözlərinə görə, dini məktəblərə qoyulan uşaqlar valideynin iradəsi ilə hərəkət edirlər və onlara görə valideyn məsuliyyət daşıyır. Azərbaycan kimi demokratik ölkələrdə övlada bu cür təzyiq mümkün deyil.

N.Cəfərov vurğulayıb ki, hələ tam dərk etmədiyi vaxtlarda uşağa hicab geyindirilməsi insan hüquqlarına uyğun deyil. Bu, yalnız tamhüquqlu vətəndaş olandan, yetkinlik yaşına çatandan sonra mümkündür. 16-17 yaşından yuxarı istənilən şəxs istənilən cür təhsil ala bilər.