Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə…

dovlet-genc-tamasacilar-teatrinda-yeni-layihe
Oxunma sayı: 647

Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin gün teatrda Alman yazıçı-dramaturqu Patrik Züskindin “Kontrabas” pyesi əsasında eyniadlı tamaşa festivalda iştirak edən qonaqlara təqdim olunacaq. Tamaşada kontrabasçı rolunu Əməkdar Artist Şövqi Hüseynov, muğam parçalarını isə Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmir ifa edəcək.

Tamaşanın musiqi tərtibatında Avropa musiqisi ilə milli muğam parçaları məharətlə sintez olunaraq ömrünü musiqiyə həsr etmiş qəhrəmanın hiss və həyəcanını, sarsıntılarını gözümüz önündə canlandırır.

Festivala Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa, İçveçrə və Amerikadan qonaqlar dəvət olunublar.

Nigar Məmmədli