Dövlət himayəsində hazırda 3600 uşaq var

dovlet-himayesinde-hazirda-3600-usaq-var
Oxunma sayı: 710

SalamNews-un verdiyi xəbərə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri üzrə şöbəsinin məsul əməkdaşı Pərviz Əliyev bildirib.

Onun sözlərinə görə, hələ 2006-ci ildə uşaq evlərində və internatlarda 15000-ə yaxın uşaq tərbiyə olunurdu. Uşaqların Dövlət Uşaq İdarələrində ailələrə verilməsi (deinstitutsinalizasiya) üzrə Dövlət Proqramı qəbul olunduqdan və alternativ qayğıdan sonra Azərbaycanda bu rəqəm bir neçə dəfə azalıb. Hazırda dövlət himayəsi altında olan uşaqların sayı 3600 nəfər təşkil edir. Onlardan 1415 uşağın hər iki valideyni var, 1418 uşağın bir valideyni və 530 uşaq yetimdir.

Dövlət Komitəsinin nümayəndəsi bildirib: "Hər iki valideyni olan uşaqlar, əsasən, fiziki və əqli çatışmazlığı olan yetkinlik yaşına çatmamış uşaqlardır. Regionlarda praktiki olaraq bu cür uşaqların tərbiyə olunması üçün ixtisaslaşdırılmış idarələr yoxdur. Bir valideyni olan uşaqlara gəldikdə isə, onlar yaranmış vəziyyət səbəbindən internatlara düşüblər. Bir çox yalnız-valideynlər iş qrafiki ilə uyğunlaşa bilmir, uşaqla vaxt keçirə bilmir və onları tərbiyə etmək üçün vəsaitə malik deyillər".

Onun sözlərinə görə, yaxınlarda "Sosial Xidmət" barədə qanun qəbul olunub. Bu da gələcəkdə bu problemi kökündən həll edəcək. Yaxın zamanlarda Nazirlər Kabinetinin qanunun icra olunma mexanizmini təsdiqləməsi gözlənilir.