Dövlət İmtahan Mərkəzi TOEFL IBT imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi TOEFL IBT imtahanı keçirəcək
Oxunma sayı: 1068

Oktyabrın 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati binasında (Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) TOEFL IBT imtahanı təşkil olunacaq.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, saat 10:00-da başlanacaq imtahanda iştirak etmək istəyənlər saat 09:30-dan gec olmayaraq mərkəzin binasına gəlməlidirlər. İmtahanda iştirak üçün http://dim.gov.az/exam/toefl/ linkinə daxil olmaqla qeydiyyat keçmək mümkündür.

TOEFL IBT imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyənləşdirilir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi