Dövlət katibi müxalifətlə görüşdü

dovlet-katibi-muxalifetle-gorusdu
Oxunma sayı: 639

Ə.Kərimlinin sözlərinə görə, görüşdə Azərbaycan-Isveç və Azərbaycan-Avropa Birliyi münasibətləri, ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbus problemi, sərbəst toplaşma və media azadlığı sahəsində yaradılan maneələr, seçki saxtakarlığının yaratdığı fəsadlar müzakirə olunub:
“Mühüm problemlərin hamısı, o cümlədən ölkə iqtisadiyyatının yalnız neftdən asılı olması, qeyri-neft sektorunun inkişaf etdirilməməsi, Azərbaycanın korrupsiya sahəsində dünyada ilk yerlərdən birini tutması müzakirəyə çıxarıldı. O cümlədən Azərbaycanın Avropa təşkilatlarında iştirakı ətrafında da fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Azərbaycan cəmiyyəti Avropa Şurasının Azərbaycanla bağlı fəaliyyətindən, həmçinin ATƏT-in indiyə qədər Azərbaycanla bağlı məşğul olduğu sahələrdə heç bir irəliləyiş olmamasından məyus olub. O da vurğulandı ki, indi Azərbaycan cəmiyyəti Avropa təşkilatları içində yalnız Avropa Birliyi ilə münasibətlərə ümidlə baxır. Çox vacibdir ki, Avropa Birliyi də Azərbaycanla münasibətlərində iqtisadi maraqlarla dəyərlər arasında balansı tapa bilsin. Yalnız iqtisadi maraqlardan çıxış etməsin, Azərbaycanın demokratikləşməsində, insan haqlarının qorunmasında sözünü deyə, bu prosesdə xalqa müəyyən mənada dəstək ola bilsin”.

azadliq.info