Dövlət komitəsi illik hesabat verdi

dovlet-komitesi-illik-hesabat-verdi
Oxunma sayı: 646

“Media forum” saytının məlumatına görə, hesabatda qeyd olunur ki, 2011-ci il ərzində komitənin ərazi dövlət nəzarəti idarələri 1537 yoxlama həyata keçirib: “Yoxlamalar zamanı 662 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək 662 iradnamə və 611 tələbnamə verilib. 49 təsərrüfat subyekti barəsində ümumilikdə 156 000 (yüz əlli altı min) manat məbləğində inzibati tənbehin təsdiq edilməsi qərarları qəbul edilib, 8 müəssisə məhkəməyə göndərilib, 4 sahibkarlıq subyektinin fəaliyyətində cinayət tərkibi olduğu üçün barəsində tərtib edilmiş sənədlər prokurorluğa göndərilib.

İstehsal olunan məhsulların sınaqlarının nəticələrinin mənfi olması səbəbindən 2200 kiloqram şokalad və vafli, 85 kiloqram şərq şirniyyatı və biskivitli kremli tort, 60 kiloqram nabat şəkilli karamel, 134 kiloqram yağ, 5528 litr alkoqolsuz içki, 2267 litr süd və süd məhsulları, 30 765 litr nar şirəsi, 4500 litr alkoqollu içki qanunvericilikdə nəzərdə tutulan qaydada məhv edilib”.