Dövlət Komitəsi yeni qaydalar təsdiq edib

dovlet-komitesi-yeni-qaydalar-tesdiq-edib
Oxunma sayı: 653

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, qaydalar qiymətli kağızlar bazarında çevik və risk əsaslı prudensial tənzimləmənin və nəzarətin təmin edilməsi məqsədilə qabaqcıl beynəlxalq standartların tələbləri nəzərə alınmaqla hazırlanıb. Belə ki, həmin Qaydalarla müəyyən olunmuş yeni hesabatlılıq sistemi qiymətli kağızlar bazarında peşəkar iştirakçılarının maliyyə dayanıqlılığının və idarəetmə sistemlərinin mütəmadi olaraq qiymətləndirilməsinə, müəyyən edilmiş risklərin azaldılması məqsədilə preventiv tədbirlərin görülməsinə imkan verəcəkdir.

QKDK-nın qərarı ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, habelə investisiya fondları və lotereya təşkilatçısı tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” Qaydalarına da dəyişikliklər edilib.
Qaydalarda edilmiş dəyişikliklərə müvafiq olaraq yaradılmış yeni hesabatlılıq forması cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində QKDK tərəfindən risk əsaslı nəzarətin tətbiqini təmin edəcək.

Komitənin digər qərarı ilə, “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydaları təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Sözügedən Qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerlərin fəaliyyətini tənzimləyir və onlar tərəfindən müştərilərin məlumatlandırılmasına, tapşırıqlarının icra edilməsinə, aktivlərinin geri qaytarılmasına, habelə broker və müştəri arasında bağlanılmış müqaviləyə dair tələbləri müəyyən edir.

Nigar Məmmədli