Dövlət Komitəsi yeni qaydalar təsdiq etdi

dovlet-komitesi-yeni-qaydalar-tesdiq-etdi-
Oxunma sayı: 651

QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, yeni Qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən QKDK-ya Azərbaycan Respublikasının ərazisində investisiya qiymətli kağızları ilə bağlanılan əqdlər haqqında təqdim edilən hesabatlara dair tələbləri, onların təqdim və tərtib edilmə qaydasını müəyyən edir.

Bu Qaydalar hesabatlıq sisteminin təkmilləşdirilməsi məqsədi ilə qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanıb və qiymətli kağızlar ilə bağlanılan əqdlərə dair hesabatların sistemləşdirilməsinə, onların elektron formada təqdim edilməsinə, həmçinin QKDK tərəfindən qiymətli kağızlarla aparılan əməliyyatlara nəzarətin effektivliyinin artırılmasına imkan verir.

Nigar Məmmədli