Dövlət Komitəsinin əməkdaşları niyə işdən çıxıb?

dovlet-komitesinin-emekdaslari-niye-isden-cixib
Oxunma sayı: 631

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mətbuatda dərc olunan yazılarda Dövlət Komitəsinin aparat rəhbəri kimi təqdim edilən S. Nəzərli əslində Komitənin Ümumi şöbəsinin müdiri olub. Aparat rəhbəri vəzifəsini son bir neçə ildə icra etdiyinə baxmayaraq Komitənin keçmiş sədri Hidayət Orucov tərəfindən bu vəzifədə təsdiqlənməyib. Əldə etdiyimiz digər məlumata görə, S. Nəzərli hələ Dövlət Komitəsinin sabiq sədrinə səhhətində olan problemlərlə əlaqədar təqaüdə çıxmaq məqsədilə dəfələrlə müraciət edib. Yeni sədr təyin edildikdən sonra o bu istəyini yeni sədrə də bildirib. Nəticədə onun bu istəyi təmin edilib. Komitənin digər işçisi Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri olmuş E.Cabbarov Dövlət Komitəsindəkı fəaliyyətindən əvvəl Rusiyada özəl sektorda işləyirmiş. Əldə etdiyimiz məlumata görə, o yenidən başqa işə keçməsilə əlaqədar onun Komitədən çıxıb.

Nəticə etibailə işdən çıxan hər iki şəxsin yeni sədrin gəlməsindən sonra işdən çıxmaları sadəcə təsadüfü bir haldır.