Dövlət Komitəsinin rəsmisi vəhhabilərdən danışdı

dovlet-komitesinin-resmisi-vehhabilerden-danisdi-
Oxunma sayı: 647

“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov söyləyib.

Ə. Zülfüqarov bildirib ki, xaricdən gələn emissarlar xeyriyyə təşkilatlarının xətti ilə təbliğat aparıb, gəncləri öz sıralarına cəlb etməyə çalışıblar. Vəhhabilərin təsirinə isə əsasən din haqqında təsəvvürü olmayan insanlar düşüb.

Şöbə müdiri vurğulayıb ki, Azərbaycanın dini icmaları bu problemə ciddi diqqət yetirməli və profilaktiki mübarizə üsullarından istifadə etməlidirlər: “Ancaq vəhhabilərlə başqa üsullarla mübarizə aparmaq qəbuledilməzdir. Məsələn, onların saqqallarını qırxmaq yolverilməz üsuldur. Onlarla qanun çərçivəsində mübarizə aparılmalıdır”.