Dövlət məmurları gəlir bəyannaməsi verəcəklər

dovlet-memurlari-gelir-beyannamesi-verecekler
Oxunma sayı: 653

Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında bildirib.

Kamran Əliyev deyib ki, bu məsələ yaxınlarda həllini tapacaq. Onun sözlərinə görə, korrupsiya ilə bağlı qanunvericiliyimiz kifayət qədər təkmil, cəzalar da sərtdir.

“Qanunvericiliyimiz Avropa standartlarına uyğundur. Vəzifəli şəxslərin dairəsi ötən il daha da genişləndirildi. Qanunvericiliyin düzgün tətbiqi bizdən asılıdır. Aktiv rüşvətxorluğun, yəni rüşvət verməyə görə məsuliyyətin ləğv olunması ikili yanaşma ola bilər”, - Əliyev deyib.

İdarə rəisinin fikrincə, vətəndaşlar səbrli olmaq əvəzinə, rüşvət verməklə problemlərini tez həll etmək istəyirlər. Bu meyllər çoxdur.

Onun bildirdiyinə görə, kifayət qədər yüksək vəzifəli şəxslər, dövlət məmurları məsuliyyətə cəlb edilib, həbs olunub.

“Korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, sistemli bir işdir”, - Əliyev qeyd edib.