Dövlət Məşğulluq Xidməti 20 904 nəfəri işlə təmin edib

dovlet-mesgulluq-xidmeti-20-904-neferi-isle-temin-edib
Oxunma sayı: 641

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qeyd olunan müddətdə Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən 20 904 nəfər münasib işlərlə təmin edilib, həmçinin 1225 nəfər haqqı ödənilən ictimai işlərə, 3058 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilib. Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində 1180 nəfər üçün peşə təlimi kursları təşkil olunub.

Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 2 976 nəfər işsiz vətəndaş, o cümlədən 1661 nəfər qadın, 1377 nəfər gənc, 107 nəfər qaçqın və məcburi köçkün, 23 nəfər əlil müvəqqəti xarakterli işlərə göndərilib.

Nigar Məmmədli