Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb

dovlet-neft-fondu-bu-il-21-tonadek-qizil-alib
Oxunma sayı: 908

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə 21 tonadək qızıl alıb.

"Qafqazinfo" Neft Fondunun 2019-cu ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il martın 31-nə ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton olub. 2018-ci ilin sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 50,95 ton (1 638 186 troya unsiyası həcmində) idi. Beləliklə də, Neft Fondu bu ilin yanvar-mart aylarında 20,8 ton qızıl alıb.