“Dövlət orqanlarında gedən proseslər barədə vətəndaşlara dolğun və vaxtı-vaxtında məlumat verilməlidir”

dovlet-orqanlarinda-geden-prosesler-barede-vetendaslara-dolgun-ve-vaxti-vaxtinda-melumat-verilmelidir
Oxunma sayı: 675

Onun sözlərinə görə, istənilən vətəndaş istənilən dövlət orqanının fəaliyyəti və orada gedən proseslər barədə məlumat əldə etmək imkanına malik olmalıdır. Xəlilov bildirib ki, prezident İlham Əliyev elektron hökumət barədə fərman imzalayıb və bütün dövlət orqanlarına vətəndaşlara xidmət göstərilməsi ilə bağlı tapşırıqlar verilib. Komissiya sədri dövlət orqanlarına tapşırıqlar barədə 3 aylıq vaxt təyin olunduğunu söyləyib.

Xəlilov həmçinin qanunvericiliyə uyğun olaraq xaricdə dövlət xətti ilə təhsil alan gənclərin dövlət qulluğuna müsabiqədən azad edildiyini açıqlayıb. O bildirib ki, onlar birbaşa ehtiyat kadr siyahısına daxil olurlar və ixtisaslarına uyğun olaraq dövlət orqanlarında işlə təmin olunurlar: “Artıq 76 nəfərin şəxsi işi Dövlət Komissiyasına daxil olub. Biz onları ixtisaslarına uyğun olaraq dövlət orqanlarında işlə təmin edəcəyik” .

Qeyd edək ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrdən 200 nəfəri bu il məzun kimi Azərbaycana qayıdacaq.

Nərgiz Ehlamqızı