Dövlət qoruğunda çətənə aşkarlanıb

dovlet-qorugunda-cetene-askarlanib
Oxunma sayı: 642

“Qafqazinfo”nun Ekologiya və Təbii Sərvətlər Nazirliyi saytına istinadən verdiyi məlumata görə, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən avqustun 13-də aparılan araşdırma zamanı qoruğun Gərəkli sahəsinin 04 saylı dolayında naməlum şəxslər tərəfindən qanunsuz olaraq kol-kosdan təmizlənmiş 0.03 hektar sahədə tərkibində narkotik maddələr olan çətənə bitkisinin əkilib becərilməsi, onlara aqrotexniki qulluq edilməsi faktı aşkar olunub.

Müəyyən olunmuş faktla bağlı Balakən rayon polis şöbəsinə məlumat verilmiş və hazırda polis şöbəsində araşdırılma aparılır.

Eldar