Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik edildi

Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik edildi
Oxunma sayı: 173

Komissiyadan “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 136-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 26-sı isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan 8 vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır. Yerli icra hakimiyyəti orqanları üzrə isə bir vakant vəzifə müsahibəyə çıxarılıb.

Bu müsabiqədə bir sıra yeniliklər olacaq. Belə ki, test imtahanında namizədlərin Azərbaycan haqqında ümumi bilikləri ilə yanaşı Azərbaycan dili üzrə də bilikləri yoxlanılacaq. İnzibati vəzifələrin 8 və 9-cu təsnifatları üzrə keçid balı 70 bal qalsa da, 6 və 7-ci təsnifatları üzrə keçid balı 80 baldan 75 bala endirilib. Həmçinin, əvvəlki müsabiqələr zamanı vətəndaşlar namizəd kimi qeydə alınmaları üçün Komissiyaya müraciət edərkən qanunvericilikdə nəzərdə tutulan sənədləri də təqdim etməliydilər. Bu müsabiqədən başlayaraq sənədləri yalnız test imtahanından uğurla keçən namizədlər təqdim edəcəklər.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi