Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
“Qafqazinfo”nun DİM-ə istinadən məlumatına görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 1 may tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.
İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 1 may saat 9:00-da başa çatacaq.