Dövlət qulluqçusu kimi 10 764 nəfər pensiya alır

dovlet-qulluqcusu-kimi-10-764-nefer-pensiya-alir-
Oxunma sayı: 645

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 68,8 faizi yaşa görə, 22,6 faizi əlilliyə görə, 8,6 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 326,2 manatdır.

Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Onu da bildirək ki, 2011-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1 286 030 nəfərdir.

Qeyd edək ki, 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunub. Artıq altıncı ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər.

Nigar Məmmədli