Dövlət qurumları sürüşmənin qarşısını almaq üçün bir araya gəldi

dovlet-qurumlari-surusmenin-qarsisini-almaq-ucun-bir-araya-geldi
Oxunma sayı: 635

"Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinə 3 gün müddətində sürüşmənin qarşısını almaq üçün eskiz layihənin hazırlanması tapşırığı verilib. Mütəxəssislərin dediyinə görə, sürüşmənin baş verməsinin əsas səbəbi kanalizasiya sularının əraziyə axdılmasıdır. Bunun qarşısını almaq üçün "Azərsu"ya lazımı tədbirləri görmək tapşırığı verilib. Eyni zamanda, Bakı Elektrik Şəbəkəsinə tapşırılıb ki, sürüşmə zonasında elektrik təchizatı ilə əlaqəadr kabellərin yerlərini dəyişsinlər ki, ayrı-ayrı məhəllələr işıqsız qalmasın", - Şərifov bildirib.

Sürüşmə ərazisində vəziyyətin ciddi olduğunu deyən Şərifov qeyd edib ki, sürüşmənin baş verdiyi yolda avtomobillərin hərəkətinə müəyyən məhdudiyyətlər qoyulacaq. Vəziyyət stabilləşənədək bu yolda iritonnajlı avtomobillərin hərəkət etməsinə icazə verilməyəcək.
Baş nazirin müavininin sözlərinə görə, hökumət bu ərazini nəzarət altında saxlayır.

Qeyd edək ki, bazar günü Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, "Bəyoğlu" restoranının qarşısındakı ərazidə sürüşmə baş verib. İlkin sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədərdir.

Bu gün Baş nazirin müavini Abid Şərifov, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri əraziyə növbəti baxış keçiriblər.