Dövlət qurumlarının mətbuat xidmətləri Londona gedirlər

dovlet-qurumlarinin-metbuat-xidmetleri-londona-gedirler
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, səfəri Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və ATƏT-in Bakı ofisi təşkil edir. İyulun 18-dən 21-dək davam edəcək səfərin nümayəndə heyətinə Prezident Administrasiyası, Milli Məclis, Naxçıvan MR-in Ali Məclisi, Xarici İşlər, Ədliyyə, Səhiyyə, Daxili İşlər, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirlikləri, Respublika Prokurorluğu və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbər və əməkdaşları daxildir.

Səfərin məqsədi Böyük Britaniyadakı informasiya azadlığı və informasiya əldə etməyə dair mövcud təcrübəsini öyrətməkdir. Səfər çərçivəsində Azərbaycandan olan mətbuat xidmətinin əməkdaşları Böyük Britaniyadakı həmkarları ilə görüşüb fikir mübadiləsi aparacaqlar.

Fatimə Kərimli