Dövlət qurumlarının saytları necə işləyir?

dovlet-qurumlarinin-saytlari-nece-isleyir
Oxunma sayı: 644

Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, bu il həyata keçiləcək monitorinq prosesində yerli icra hakimiyyəti orqanlarının da rəsmi resurslarının açıqlıq və şəffaflıq vəziyyəti araşdırılacaq. Həmçinin builki monitorinq prosesində eyni anda dövlət qurumları tərəfindən elektron formada xidmət göstərilməsinə hazırlıq vəziyyəti, eyni zamanda hazırda elektron formada təqdim olunan xidmətlərin də keyfiyyəti və əldə olunma vəziyyəti də monitorinq olunacaq.

Monitorinq prosesi “İctimai informasiya subyektlərinə məxsus ictimai informasiyaların açıqlanması vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir.
Dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini müəyyən etmək üçün aparılan monitorinq ölkə qanunvericiliyi və beynəlxalq təcrübə nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan metodika əsasında gerçəkləşdirilir. Yerli icra hakimiyyəti orqanlarının monitorinqi məqsədilə hazırlanan metodikada yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.

Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.

Yarım il müddətində davam edəcək monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə icmal və tövsiyələrin hazırlanması, informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.
Elektron formada təqdim olunan xidmətlərlə bağlı ayrıca icmalın hazırlanması nəzərdə tutulub.

Bu ilki Monitorinq prosesində 65 Mərkəzi icra hakimiyyəti orqanları ( Nazirliklər, Dövlət Komitələri və s) və 60 rayon və şəhər icra hakimiyyətinin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması, xidmətlərin elektron formada təqdim edilməsi ilə bağlı situasiyanın üzə çıxarılması nəzərdə tutulub.

Nigar Məmmədli