Dövlət Turizm Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edildi

dovlet-turizm-agentliyinin-esasnamesi-ve-strukturu-tesdiq-edildi
Oxunma sayı: 3794

Prezident İlham Əliyev Azərbaycan Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, fərmana əsasən “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturu” təsdiq edilib.

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə tapşırılıb:

- Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.