Dövlət universitetləri təhsil haqqını azaldacaq? - Video

dovlet-universitetleri-tehsil-haqqini-azaldacaq
Oxunma sayı: 699

Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil haqlarını növbəti tədris ili üçün artırıb. Bakı dövlət, neft və sənaye universitətləri təhsil haqlarını artıran universitetlər sırasındadırlar. Siyahıda daha hansı universitetlər var? Ümumiyyətlə özəl universitetlərin təhsil haqlarını endirməsi dövlət ali məktəblərinə təsri edəcəkmi?

"Qafqazinfo" XezerXeber.az-a istinadən sözügedən mövzu ilə bağlı video-materialı təqdim edir:

Növbəti tədris ilində Dövlət Universitetlərinin bəzilərində təhsil haqları artırılacaq. Yəni özəl ali məktəblərin təhsil haqlarını endirməsi dövlət universitetlərinə təsir etməyəcək.

Bakı Dövlət Universitetinin rektor köməkçisi Məzahir Sultanovun sözlərinə görə, Univerisitetin hər il sifariş etdiyi qəbul planı tamamilə dolur. Buna görə də, yeni tədris ilində təhsil haqlarının endirilməsindən söhbət gedə bilməz. Əksinə bəzi ixtisaslarda təhsil haqları artırılıb. Universitetdə ümumilikdə ixtisasdan asılı olaraq bu il təhsil haqları 1600-2200 manat arasında dəyişir.

Bəzi ixtisaslarda növbəti tədris ili üçün təhsil haqlarını artıran dövlət universitetərindən biri də Neft və Sənaye Universitetidir. Bu universitetdə isə təhsil haqları ixtisasdan asılı olaraq 1300-1800 manat arasında dəyişir.
Azərbaycan Dövlət Pedeqoji Universitetində isə təhsil haqları ötən ildə olduğu kimi qalıb.

İqtisad və Dillər Universitetində də növbəti tədris ili üçün təhsil haqları artırılmayacaq.