“Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi”

dovlet-ve-din-deyisen-dunyada-tolerantligin-guclendirilmesi-
Oxunma sayı: 637

DQİDK-nin məbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunan forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçiriləcək forumda konfransda müxtəlif ölkələrin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqaz¬şünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəl¬xalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.