DQİDK Gəncədə dindarlarla görüşdü

dqidk-gencede-dindarlarla-gorusdu
Oxunma sayı: 787



“Qafqazinfo” xəbər verir ki, Səyyad Salahlı burada qərb regionundan olan dindarlarla görüşərək  onlara Komitə adından dini kitablar təqdim edib. Daha sonra Səyyad Salahlı DQİDK tərəfindən təşkil olunan iftar süfrəsində Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev,ağsaqqallar və ziyalılarla görüşüb.

İftar süfrəsinə həmçinin Gəncə şəhəri və ətraf rayonların dini icmaların sədrləri, din xadimləri, dindarlar, şəhid ailələri, müharibə veteranları qatılıblar. İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.