Dronlar Sinqapur hava limanının işini iflic etdi

dronlar-sinqapur-hava-limaninin-isini-iflic-etdi
Oxunma sayı: 1030

Sinqapurda pilotsuz uçuş aparatları üzündən beynəlxalq hava limanının işi pozulub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Straits Times” xəbər verib.

7 reys ləğv edilib, 18 isə dron və əlverişsiz hava şəraitinə görə ləngiyib.  Hava limanının işi təhlüsəzlik məqsədi ilə dayandırılıb. 

Hazırda Sinqapurun Mülki Aviasiya İdarəsi insidenti araşdırır.