Droqbaya fantastik təklif: 25 milyon dollar

droqbaya-fantastik-teklif-25-milyon-dollar
Oxunma sayı: 634

“Qafqazinfo”nun İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, bu təklifi Çinin “Şenhua” klubu edib. Bir neçə gün əvvəl Droqbanın komanda yoldaşı Nikolya Anelkanı heyətinə qatan Şanxay klubu indi də Kot dİvuarlı forvardı transfer etmək niyyətindədir. Çinlilər Droqbaya 2.5 illik müqavilə və bu müddətdə həftəyə 460 min dollar məvacib təklif edir. Bu isə, təxminən, ildə 25 milyon dollar edir. 33 yaşlı hücumçu isə “Çelsi” ilə müqavilə müddəti bitənədək digər klublarla maraqlanmayacağını bildirib.

Qeyd edək ki, Droqbanın “Çelsi” ilə müaviləsi bu ilin yayında qüvvədən düşəcək.

Ceyhun Əhmədov