DTX-da qanvermə aksiyası keçirilib

dtx-da-qanverme-aksiyasi-kecirilib
Oxunma sayı: 1649

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Qan ver, həyat bəxş et!” şüarı ilə DTX-nin Hərbi tibb idarəsində təşkil olunmuş qanvermə aksiyasında iştirak ediblər. 

“Qafqazinfo” xəbər verir ki, aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə birgə hazırlanmış qrafik üzrə həyata keçirilib.

Toplanılan qan Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.