Dua Lupa Bakı obrazına nə qədər xərcləyib? - Fotolar

dua-lupa-baki-obrazina-ne-qeder-xercleyib
Oxunma sayı: 6476

Formula 1 çərçivəsində Bakıya gələn Böyük Britaniyanın məşhur müğənnisi Dua Lipanın “Kristal Hall”dakı performansı ilə yanaşı geyimləri də müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə Bakıdan çəkilən fotolarını paylaşan keçmiş modelin geyimləri marağa səbəb olub və əksər izləyicilər tərəfindən bəyənilib. 

Yarışları izləmək üçün rahat və fərqli geyim seçən Dua bir obraz üçün 1652 dollar ( təxminən 2800 manat) xərcləyib. Belə ki, sənətçinin “Shami” markasından olan boyunbağısı 100 dollar, “Ganni” brendinə məxsus çantası 315, Ksenia Schnaider dizaynli şalvar və pencəyi 914 dollar, topiki 323.17 dollar təşkil edir.