Duası olmayanın dəyəri olmaz

duasi-olmayanin-deyeri-olmaz
Oxunma sayı: 1162


“Qafqazinfo” xəbər verir ki, Dua - bəndənin Allahı başının üstündə görməsi, tanıması, ibadətlə Ona yönəlməsidir, dərdini söyləməsi, çarə diləməsidir. Allahı məmnun etmək üçün bəndənin hər əməli duadır.

Dua - ibadətin özüdür, namazdır, orucdur, zəkatdir, ehtiyac içində olan bir Allah bəndəsinin əlindən yapışmaqdır.

Dua - qulun Allaha üz tutması, dərdini söyləməsi, əlac istəməsidir.

Bəndə ən səmimi şəkildə öz Allahına necə yalvara bilirsə, o cür də yalvarsın, amma səmimi olsun duasında. Allah-Təala Qurani-Kərimdə bir neçə yerdə buyurur ki, qulum məndən bağışlanmasını diləsin, qulum məndən bir şey istəsin, mən də onun istəyini yerinə yetirim.

Qurani-Kərimdə Peyğəmbərlərin dilindən söylənmiş dualar var. Rəsulullahın da çoxlu duaları bizə məlumdur. O duaların qəbul olduğuna şübhə etmirik, əgər bacarırsınızsa, onları əzbərləyib olduğu kimi söyləsəniz, daha yaxşıdır. Əgər bacarmırsınızsa, hər kəs necə bacarırsa, o cür də dua eləsin.

Allah-Təalanın Gözəl Adlarından biri də MUCİBdir, yəni yaratdıqlarının dualarına qarşılıq, cavab verən. Ağızdan çıxan heç bir söz, heç bir dua boşa getməz. Hər kəs öz istəyinin cavabını alacaq, kimi bu dünyada, kimi də axirətdə.

Allah-Təala buyurur ki, Ona boynubükük, mütəvazi bir halda, alçaq səslə dua edək.

Allaha yalvarmaq insanı alçaltmaz, yüksəldər. Allaha yalvarmayan qul qarşısında dizin-dizin sürünər.

Bəzi zamanlar var ki, duanın qəbulolunma ehtimalı çoxdur. Ramazan ayı, xüsusilə də iftar və sahur zamanı, Qədr gecəsi və bir də gecələrin son bölümü, yəni axşam namazının güməsi ilə səhər namazının girməsi arasındakı vaxtın üçüncü hissəsi...

Dua iki cür olur: Sözlü dua, əməli dua. Yəni bir şeyin olmasını Allahdan dilədiyin kimi o istəyinin düzəlməsi üçün də gərək çalışasan, boynuna düşən vəzifələri yerinə yetirəsən. Yoxsa, “Allahdan buyruq, ağzıma quyruq” düşüncəsi İslamın ruhuna ziddir. "Zaman Azərbaycan"