Dubay aeroportunda robot polislər xidmət edəcək - Fotolar

Dubay aeroportunda robot polislər xidmət edəcək
Oxunma sayı: 1079

Yaxın vaxtlarda Dubay hava limanında şübhəli insanlara nəzarət edən və onların davranışı barədə məlumat vermək qabiliyyətinə malik robot əlçatan olacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, artıq Dubay gömrüyü tərəfindən sınaqdan keçirilmiş ilk belə robot gələnlər sektorunda işləməyə başlayacaq.

Dubay gömrüyündə İnnovasiyalar mərkəzinin mütəxəssisi Xalid əl-Zəruni bildirib ki, layihə hava limanında pilot mərhələdən keçib.

Onun sözlərinə görə, sözügedən robot insan sifətini tanıya biləcək, həmçinin rentgen skanetmə və istilik görmə qabiliyyətinə malik olacaq. İstənilən şübhəli davranış haqda informasiyanı toplayan robot onu xüsusi mərkəzə ötürəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi