Dubaya getmək istəyənlərə şad xəbər

dubaya-getmek-isteyenlere-sad-xeber
Oxunma sayı: 637

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, cəmiyyətin Bakı-Dubay-Bakı istiqamətində həyata keçirilən uçuşlarında "gediş-dönüş" 130 avro (qiymətə yığım və rüsumlar daxil deyil) olmaqla yeni xüsusi güzəştli ekonom sinif tarifləri tədbiq olunur.

Bu tarif yalnız aviaşirkətin J2 015/016 reyslərinə, ilkin uçuş nöqtəsi Bakı olduqda şamil olunur. Bu aksiya üzrə yerlərin sayı məhdudlaşdırıla bilər.

Hər sərnişin üçün baqajın pulsuz daşınma norması 2 yer təşkil edir (hər biri 23 kq-dan artıq olmamaq şərtilə).