Dubayda 3D çap texnologiyası ilə ilk villalar inşa ediləcək

dubayda-3d-cap-texnologiyasi-ile-ilk-villalar-insa-edilecek
Oxunma sayı: 1495

Dubayda iki ay ərzində 3D çap texnologiyası ilə ilk villalar inşa ediləcək. Bu barədə “Arabian Business” nəşri məlumat yayıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Dubay bələdiyyəsi bu tipli villaların inşası üçün bütün lazımi avadanlıqların əmirliyə gətirildiyini bildirib.

Qeyd olunub ki, əmirlikdə 2030-cu il üçün yeni binaların 25 faizi bu cür müasir texnologiyalar vasitəsilə tikiləcək. Bu da, öz növbəsində, inşaata sərf olunan vəsaiti azaldacaq və tikinti müddətini qısaldacaq.