“Dundalk” – “Qarabağ” matçının vaxtı bəlli oldu

dundalk-qarabag-matcinin-vaxti-belli-oldu
Oxunma sayı: 3738

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Dundalk” – “Qarabağ” görüşünün vaxtı müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, komandalar arasında ilk oyun İrlandiyada baş tutacaq.

Belə ki, Azərbaycan çempionu iyulun 24-də Dundalkda yerli komandanın qonağı olacaq. “Oriel Park”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Cavab matçı isə iyulun 31-də Bakıda keçiriləcək və 21:00-da başlayacaq.