Dünən 1-ci oldu, bu gün tacını aldılar - Fotolar

dunen-1-ci-oldu-bu-gun-tacini-aldilar
Oxunma sayı: 4776

“Miss Turkey 2017” yarışmasının qalibi Itır Esenin tacı əlindən alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Hüriyyet” qəzeti məlumat yayıb.  

Bildirilir ki, ötən gün gözəllik müsabiqəsində qalib olan 18 yaşlı Itır 15 iyul hadisələri ilə bağlı tvitterdə paylaşım edib. 

Onun həmin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub və etirazla qarşılanıb. 

Bunun ardından müsabiqə təşkilatçıları Itırın tacının geri alınması barədə qərar qəbul ediblər.