“Dünən axşamdan qərargaha vətəndaşlardan zənglər daxil olur” - Nazirlik

dunen-axsamdan-qerargaha-vetendaslardan-zengler-daxil-olur
Oxunma sayı: 3762

“Nazirlikdə yaradılan qərargaha dünən axşamdan başlayaraq vətəndaşlardan müxtəlif məzmunlu zənglər daxil olur”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Qurum rəsmisinin sözlərinə görə, hava şəraiti ilə bağlı sorğularla bərabər, güclü küləkdən aşmaq təhlükəsi olan quru ağaclar haqqında, onların budanaraq insanlar üçün təhlükəsiz vəziyyətə salınması barədə də müraciətlər daxil olur: “Artıq bir çox rayonlarda və Bakıda vətəndaşların müraciəti əsasında Nazirliyin əməkdaşlarının dəstəyi ilə təhlükə yaradan ağacların budanması həyata keçirilib, aşma təhlükəsi aradan qaldırılıb”.

Qeyd edək ki, ETSN ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək təhlükəli hidrometeoroloji hadisənin gözlənildiyi ilə bağlı məlumat yayıb.