Dünən Bakıda 3 nəfər qəzada ölüb

dunen-bakida-3-nefer-qezada-olub
Oxunma sayı: 668

Dekabrın 1-i saat 21 radələrində Qala – Pirallahı yolunda Bakı şəhər sakini Telman Əliyevin idarə etdiyi «VAZ-2106» markalı avtomobillə Abşeron rayon sakini Əliağa Mərdanovun idarə etdiyi «Kamaz» markalı yük maşını toqquşmuşdur. Nəticədə «VAZ-2106» markalı avtomobilin sürücüsü T.Əliyev hadisə yerində ölmüş, sərnişinləri – qızı Günel və Zərifə Novruzova 3 saylı BŞX-ya daxil olmuşlar.

Dekabrın 1-i saat 17 radələrində Ramana qəsəbəsində Bakı şəhər sakini Ceyhun Fətəliyevin idarə etdiyi «Otoyol» markalı sərnişin avtobusu ilə Cədəbəy rayon sakini Turan Nəbiyevin idarə etdiyi «QAZ-3110» markalı avtomobil toqquşmuşdur. Nəticədə T.Nəbiyev hadisə yerində ölmüşdür.

Dekabrın 1-i saat 23:30 radələrində Q.Qarayev prospektində Bakı şəhər sakini Mənsur Babayevin idarə etdiyi «VAZ-2107» markalı və Şabran rayon sakini Nuru Məmmədovun idarə etdiyi «Mersedes» markalı avtomobillər toqquşmuşdur. Nəticədə «VAZ-2107» markalı avtomobilin sürücüsü M.Babayev ölmüş, sərnişinləri – həyat yoldaşı Elza Şirvan qızı və oğlu Elgün KTM-da yardım alaraq evə buraxılmışlar.

Noyabrın 30-u saat 17 radələrində T.Əliyarbəyov küçəsində Şabran rayon sakini Mərhəmət Məcidovu iki bıçaq xəsarəti yetirərək öldürmüş Bakı şəhər sakini Fuad Babayev Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Noyabrın 30-na keçən gecə Müşfiq qəsəbə sakini Elvin Məmmədova məxsus həmin qəsəbə yerləşən mağazanın nəfəsliyini sındırma yolu ilə geyim əşyaları oğurlayanlar Savalan Əhmədov və Cavanşir Qədirov Qaradağ RPİ 10-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşlar.

Nizami RPİ 23-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Orucovdan 0,194 qram heroin götürülmüşdur. Müəyyən edilmişdir ki, o, noyabrın 30-u saat 20 radələrində 151 saylı xətt avtombusunda Əlfi Ələsgərlinin mobil telefonunu cibindən oğurlamışdır.