Dünən gecə bir neçə maşın yanıb

dunen-gece-bir-nece-masin-yanib
Oxunma sayı: 1009


"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı, minik avtomobilinin yanar hissələri  yanmışdır. Yanğından yaxınlıqdakı  tikililər  mühafizə olunub.  Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir rayonu, Könüllü kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus "MERCEDES"  markalı  minik avtomobilinin yanar  hissələri  yanmışdır.Yanğından yaxınlıqdakı  tikililər  mühafizə olunub. Yanğın saat 16:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qobustan rayonunda, vətəndaşa məxsus "SHAQMAN"  markalı  yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda yanğın nəticəsində "KAMAZ" markalı  yük avtomobilinin kabinə hissəsi yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.