“Dünən hicaba və çarşaba bürünən o körpələr...”

“Dünən hicaba və çarşaba bürünən o körpələr...”
Oxunma sayı: 1468

Deputat Zahid Oruc ölkədə dünən keçirilən Aşura mərasimləri ilə bağlı çıxış edib. 

“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, ölkəmiz müstəqillik qazanandan sonra dini etiqad azadlığı bərqərar olunub: “Ölkədə hər kəs öz dininə etiqad edir. Dünən də Aşura ilə bağlı mərasimlər keçirildi.  Ancaq  göz yaşlarını, zəncirlə vurulmanı bu şəkildə körpələrin qabağında nümayiş etdirmək olmaz. Məsciddən dövlət idarə edilməz. Dünən hicaba və çarşaba bürünən o körpələr gələcəkdə Suriyaya göndərilən kamikadzelər olacaq. Biz bunun qarşısını təhsillə, maarifləndirməklə etməliyik.  Bunu Avropadakı kimi xüsusi qanunlarla tənzimləmək mümkün deyil”. 

Sipker O. Əsədov deputatın çıxışına belə reaksiya verib: “Azərbaycanda din dövlətdən ayrıdır. Dövlət məsciddən idarə olunmur”. 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi